Haqqımızda

Haqqımızda

Azərbaycanda ilk olaraq mənəvi sahədə xidmət göstərmək üçün yaradılan Azerbaijan Quantum and Coaching Cooperation MMC (vöen:1306917041. Hüquqi ünvan: Bakı ş. Ş.Mehdiyev küç. 136a, m 39.) Allahverdiyeva İlahə Adil qızı və Allahverdiyev Ziya Əli oğlu tərəfindən 16 dekabr 2020-ci il tarixində təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. 
Əsas fəaliyyət sahəmiz fərdi şəxs, şirkət və dövlət qrumlarının əməkdaşlarına şəxsi, iş, ailə, təhsil, biznes və s. sahələrdə mənəvi-motivasiya edici məsləhətlər verməkdir. 
Məqsədimiz daha yüksək mənəvi həyat yaşamağa, karyerada daha uğurlu olmağa, daha möhkəm ailə bağları yaratmağa, daha uyğun təhsilə yönəlməyə, daha faydalı biznes qurmağa və s. motivasiya etməkdir.
Xidmətlərimiz mənəvi-motivasiya edici məsləhətlərdən ibarətdir. 
Xidmətlərimiz tibbi xidmət, tibbi müayinə, müalicə və reabilitasiya üçün nəzərdə tutulmayıbdır.
Şirkətin fəaliyyətinin etibarlılığı, maliyyə şəffaflığı və sürətli inkişafı təmin etmək məqsədi ilə fəaliyyətlərimiz hər kəsin qarşısında açıqdır. 
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik.