Xəbərlər

Blog Detail

Düşüncələrinizə nəzarət edin

  • İlahə Adil
  • 2022-08-06

Gündəlik düşüncələrimiz bizim reallığımızı yaradır. Amma bu, o demək deyil ki, ağlınıza gələn hər fikri izləməlisiniz. Bu sizi yora bilər. Sadəcə özünüzü mənfi düşüncələrdən imtina etməyə tərbiyə edin. İlk baxışdan bu, qeyri-mümkün bir tapşırıq kimi görünür. Ancaq zaman keçdikcə bunun o qədər də çətin olmadığını başa düşəcəksiniz. Siz zehninizi öz düşüncələrinizi süzməyə öyrədəcəksiniz. Problemi deyil, həlli yollarını görməyi öyrənin. Yaxşı şeylər haqqında nə qədər çox düşünsəniz, titrəşimlərinizi də, bir o qədər çox yüksəldəcəksiniz . 2️⃣Yalnız istədikləriniz haqqında danışın! Şəxsi həyatlarında problemləri olan insanlar çox vaxt, sevgili cütlükləri görəndə, ah çəkərək; - "Burada deyirlər, kiminsə bəxti gətirir, amma mənim yox!"- deyirlər. Beləliklə, vəziyyəti daha da pisləşdirirsiniz və bununla da bu şəkildə yalnız öz titrəşimlərinizi azaldırsınız. Əksinə sevgili cütlükləri gördükdə belə söyləyin; - "Mən bu cütlük üçün çox sevinirəm, əminəm ki, yaxın gələcəkdə mən də taleyimlə qarşılaşacağam." Burada Acsesin suallarından da istifadə edə bilərsiniz. Məsələn: "Mənim də ən uca və ən gözəl şəkildə sevdiyimin olması üçün nələr mümkündür?". Eyni fikri pul üçün də etmək olar, bütün dostlarınıza maliyyə problemləriniz haqqında danışmamalısınız. Bununla onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdırırsınız. Rifah, pul və xoşbəxtlik haqqında danışmağı öyrənin, uğursuzluqlarınızı təkrarlamağı dayandırın! 3️⃣Ünsiyyət dairənizi seçin!

Pessimist və mənfi insanlarla ünsiyyət qurmamağa çalışın, ümumiyyətlə bu kateqoriyalı insanlar çox aşağı titrəşimlərə malikdir və bu yalnız sizə zərər verə bilər. Kvanta görə zatən sizin titrəşiminiz qalxdıqda həmin insanlar atrafınızdan çəkiləcək (bu barədə daha ətraflı Kvant Düşüncəsi təlimində deyilir). 4️⃣Düşünməyi heç olmasa bir müddət dayandırın! Bunu təbiətdə və ya şəhərdənkənar bir yerdə etmək daha yaxşıdır. Diqqətinizi sakitliyə cəmləyin. Bu , düşüncələrinizi təmizləməyin və öz titrəyişinizi artırmağın ən yaxşı yoludur. Əgər siz, çox məşğulsanızsa və yaxın gələcəkdə dincələ bilməyəcəksənizsə, həzin bir musiqi dinləyin. 5️⃣Sizinlə həmfikir insanlarla ünsiyyət qurun! Maraqlarınızı və hobbilərinizi bölüşən insanlarla daha çox vaxt keçirin. Məsələn, yazıçı olmaq qərarına gəlsəniz, ədəbi dərnəyə yazılın. İnanın, bu təkcə öz bacarıqlarınızı inkişaf etdirməyəcək, həm də titrəşimlərinizi əhəmiyyətli dərəcədə artıracaq. Elmi cəhətdən sübut edilmişdir ki, həmfikir insanlarla ünsiyyət ömrü orta hesabla 5 il uzadır. 6️⃣Mümkün qədər çox yardım edin!

Bu, istədiyiniz hər şey ola bilər: pul, vaxt və ya uzun müddət istifadə etmədiyiniz bir şey. Yardım edin və əvəzini mütləq alacaqsınız. Başqalarına kömək edin və başqaları da, sizin köməyinizə gələcək. 7️⃣İnsanlarla- sizinlə necə davranılmasını istədiyiniz kimi davranın! Birindən qəzəblənmədən və inciməzdən əvvəl "buna dəyərmi" - düşünün. Bağışlamağın daha yaxşı və daha asan olduğu anlar olur. Ətrafınızdakı insanlara qarşı nə qədər nəzakətli və mehriban olsanız, həyatınızda daha yaxşı insanlarla qarşılaşacaqsınız. 8️⃣Televizora mümkün qədər az baxmağa çalışın!

Fakt budur ki, televiziya getdikcə mənfilik mənbəyinə çevrilir. Ağrı, şiddət və yoxsulluq haqqında verilişləri nə qədər çox dinləsəniz və izləsəniz, öz titrəyişinizi bir o qədər azaldacaqsınız. Şüuraltı düşüncəniz mənfi düşüncələrə alışır və onları həyatınıza maqnit kimi cəlb etməyə başlayır. 9️⃣Optimizm haqqında unutmayın! Bu sizin üçün çətin ola bilər . Ətrafınızdakı hər şey dağılanda və heç bir şey işləməyində pozitiv qalmaq çətindir, amma nə qədər paradoksal səslənsə də, elə məqamlarda pozitiv qalmaq lazımdır. Vəziyyətə güləndə və özünü rahat hiss edəndə titrəyişiniz kəskin yüksəlir və titrəyişiniz nə qədər yüksək olarsa, problemlər də bir o qədər tez aradan qalxar. Müsbət düşüncələr xeyirxah və xoş insanları cəlb edir və xoş ünsiyyət isə - yaxşı əhval-ruhiyyənin açarıdır (bunun daha dərin hissəsi Kvant Düşüncəsi təlimində deyilir). 🔟Əhval-ruhiyyə! Öz titrəyişinizi həmişə yüksək səviyyədə saxlamağa kömək edəcək ən vacib qayda budur; -əhvalınız keçmiş düşüncələrin əksidir. Yaxşı şeylər haqqında düşünməyə başlayın, əhvalınızı şüurlu şəkildə dəyişdirin. Siz özünüzü nə qədər yaxşı hiss edirsinizsə, qarşınızda o qədər maraqlı və xoşbəxt həyat açılır.

❓Ətrafınızda olan, baş verən hər şeyin sizin öz proyeksiyanız olduğunu qəbul edib, necə olmaq istəyirsinizsə bunu özünüzdə dəyişməyin mümkün olduğunu sizə öyrədilməsinə icazə verirsinizmi?